Dünya

Başı paltaryuyan maşında qaldı - VİDEO

31 May 2016 18:20
11 Şərh     Baxış: 3 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paltaryuyan maşını düzəltmək üçün baş işlətmək istədi, az qala başından olacaqdı.

Milli.Az atv.az-a istinadən bildirir ki, Çinin Futsin şəhərində yaşayan bir sakin qeyri-adi vəziyyətdə xilasetmə dəstələrini köməyə çağırıb. Orta yaşlı bir şəxsin başının paltaryuyan maşının içində qaldığını öyrənən mülki müdafiə qüvvələri onu xilas etmək üçün məişət texnikansıı parçalamalı olub.

Çətin vəziyyət qarşısında "başını itirən" çinli köməyə gələn xilasedicilərə hadisənin təfərrüatlarını  danışıb. Sən demə, paltaryuyan maşın yaxşı işləmirmiş. Maşını təmir etmək üçün başını texnikanın içinə salan çinli çox çalışsa da, ordan xilas ola bilməyib. Əziyyəti boşa gedən sakin maddi ziyana da düşüb. Mülki müdafiə qüvvələri onun başını paltaryuyan maşından çıxarmaq üçün kəsici alətlərdən istifadə edib. Çinlinin təmir etməyə çalışdığı texnikanı parçalayan əməkdaşlar yalnız bundan sonra zərərçəkən şəxsi xilas edə bilib.

Çində uşaqların tez-tez məişət texnikalarına ilişib qaldığı yerli xilasedicilərlə yanaşı, bütün dünyaya da məlumdur. Ancaq bu dəfə gəncin paltaryuyan maşının əsirinə çevrilməsi  gülüşlə qarşılanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Başı paltaryuyan maşında qaldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.