Dünya

Ermənistanda qaz ucuzlaşır

31 May 2016 12:09
3 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin avqust ayının birindən etibarən Ermənistanda qaz tarifləri aşağı salınacaq.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə qərar Ermənistan İctimai Xidmətlərin Qiymətlərinin Tənzimlənməsi üzrə Komissiyasının bu gün keçirilən iclasında qəbul olunub. 

Məlumata əsasən, avqustun birindən Ermənistan əhalisi qazın bir kubmetri üçün 156 dram (0,48) yox, 146,7 (0,45 AZN) dram ödəyəcək. 

Qeyd edək ki, aprelin 8-i Rusiya Ermənistana satdığı təbii qazın min kub metrinin qiymətini 15 dollar ucuzlaşdıraraq, 165 dollardan 150 dollara endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.