Dünya

Ceksonun kirayə qaldığı ev: gizli keçidi, kilsəsi də var - FOTO

31 May 2016 13:07
37 Şərh     Baxış: 2 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maykl Ceksonun Las-Veqasda kirayə qaldığı malikanə 9,5 milyon dollara satılır.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, "Thriller Villa" adı ilə tanınan malikanə 7 hektar ərazini əhatə edir. 7 yataq və 12 vanna otağı olan villa qala formasında inşa edilib.

Evin zirzəmisində sənət qalereyası və kilsə mövcuddur. Malikanəyə nəqliyyat üçün gizli bir keçid də inşa edilib.

Xatırladaq ki, Cekson həmin villada 2007-2009-cu illərdə yaşamışdı.

Qeyd edək ki, malikanə teatr sahibi Horst Şmidt tərəfindən Meksikada inşa edilmiş və orijinallığı pozulmadan Las-Veqasa köçürülmüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.