Dünya

Şimali Koreyanın raket buraxılışı uğursuz oldu

31 May 2016 11:37
0 Şərh     Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya ortaradiuslu təsirə malik növbəti raketin sınağını həyata keçirməyə cəhd edib, amma bu buraxılış uğursuz alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, raketin buraxılışı yerli vaxtla səhər saat 05.20-də Kanvondo vilayətinin Vonsan şəhərinin ərazisində həyata keçirilib.

Bunun ortaradiuslu təsirə malik "Musudan" raketi olduğu ehtimal edilir. Bu qəbildən olan raket ilk dəfə aprelin 15-də sınaqdan keçirilib, amma raket havada partlamışdı, bundan sonra aprelin 28-də də iki buraxılış cəhdi olub və bunlarda uğursuz nəticələnib.

Yanvarın 6-da KXDR nüvə sınağı keçirib, fevralın 7-də BMT Təhlükəsizlik Şurasının qərarına zidd olaraq Yerin süni peyki ilə daşıyıcı-raket buraxılıb.

Cavab olaraq Təhlükəsizlik Şurası KXDR qarşı sanksiyaların sərtləşdirilməsi barədə qətnamə qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.