Dünya

Olimpiya çempionu Olimpiadaya yollanmaqdan imtina etdi

31 May 2016 10:49
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı sərbəst güləşçi Viktor Lebedev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

Milli.Az report-a istinadən bildirir ki, 28 yaşlı pəhləvan bir neçə gün öncə ölkə çempionatında baş vermiş qalmaqaldan sonra bu addımı atıb.

"Bir insan kimi mənə çox ağırdır. Hər şeyi dərindən fikirləşdim, götür-qoy etdim və belə qərar verdim. Bu, ləyaqət məsələsidir. Haqsızlığa dözə bilərəm. Amma həyasızcasına sürüyürlərsə, buna dözmək mümkün deyil. Çətin ki, Olimpiadaya gedim", - deyə V.Lebedev bildirib.

Yakutskda keçirilmiş Rusiya çempionatının 57 kq çəki dərəcəsi üzrə 1/4 final görüşündə o, dağıstanlı İsmayıl Musukayevlə qarşılaşıb. V.Lebedev hesab 2:0 Muskayevin xeyrinə olduğu vaxt rəqibini xalçadan kənara çıxarıb. Hakimlər bunu 2 balla qiymətləndiriblər. Nəticədə dağıstanlılar qərardan narazı qalıblar. İ.Musukayev əsəbi halda yakutiyalı güləşçini itələyib. İşə əvvəlcə məşqçilər, sonra OMON qarışıb.
Görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Əlavə göstəricilərə əsasən, hakimlər qələbəni V.Lebedevə veriblər. 3 saatlıq araşdırmalardan sonra onun qələbəsini qüvvədə saxlayıblar. Dağıstan yığması isə etiraz əlaməti olaraq, tam heyətlə çempionatdan çəkilib.
Final qarşılaşmasından sonra ilk pilləyə iki güləşçi - Lebedevlə buryatiyalı Aleksandr Boqomoyev qalxıb. Buryatiya komandasının nəticəyə yenidən baxılması tələbindən sonra hakimlər qızıl medalları 2 idmançıya verməyi qərara alıblar. V.Lebedev imtina etdiyi çəkidə Olimpiadada çıxış etməyə Hacımurad Rəşidov, Camal Otarsultanov və Aleksandr Boqomoyevin daha hazırlıqlı olduqlarını bildirib.
Qeyd edək ki, Viktor Lebedev karyerası ərzində 2 dəfə dünya çempionu, həmçinin "Bakı-2015" I Avropa Oyunlarının qalibi olub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində Azərbaycanı Avropa və ikiqat dünya çempionu Hacı Əliyev təmsil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.