Dünya

Büdcə dağıtmaq üsulları: Ermənistan təcrübəsi

31 May 2016 10:23
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Transparency International" antikorrupsiya mərkəzi Ermənistanda ötənilki və builki dövlət satınalmalarını araşdıraraq belə qənaətə gəlib ki, bu ölkədə büdcə vəsaitlərinin israf olunması davam edir.

Milli.Az publika.az-a istinadən bildirir ki, ölkə rəhbərliyi bu yaxınlarda inhisarçılıq və korrupsiya halları ilə mübarizəyə başladığını bəyan edib. Baş nazir Ovik Abramyan deyib ki, hökumət dövlət satınalmalarının şəffaflığını təmin etməlidir.
"Transparency International"ın Ermənistan bürosunun direktoru Varujan Oktanyan deyib ki, hökumət danışmaqdansa hər şeydən əvvəl korrupsiya sövdələşmələrinin arxasında gizlənən məmurları tapmalıdır.
 
"Transparency International"ın əməkdaşı Artak Manukyanın apardığı araşdırma göstərir ki, dövlət satınalmaları, demək olar ki, həmişə eyni şirkətlər tərəfindən yerinə yetirilir. Müxtəlif məlumatlara görə, bu şirkətlər hakimiyyətlə sıx əlaqəsi olan şəxslərlə bağlıdır. Artak Manukyan deyib ki, çərçivə müqavilələrinin yarısını beş şirkət bağlayır: "Fleş med", "Telia med", "Natali farm", CPS və Ucom.
 
Üstəlik dövlət qurumları eyni şirkətdən bir neçə mal alır. Məsələn, eyni şirkət yuyucu tozdan ofis mebelinə qədər hər şey satır.
 
Ekspert aşkar edib ki, Milli Təhlükəsizlik Xidməti bir ay ərzində 17 ton şəkər tozu, 4,5 ton marqarin, 6 ton xörək duzu, 40 kq dəfnə yarpağı satın alıb. Ancaq qurumun bu qədər ərzağı nə üçün aldığı müəmma olaraq qalır. Onun sözlərinə görə, bu siyahını xeyli uzatmaq da olar.
 
Ölkənin Maliyyə Nazirliyi isə ötən ilin dekabrında büdcə hesabına hər birinin qiyməti 400 min dram (hazırkı məzənnə ilə 837 dollar) olan 30 planşet alıb. Bundan başqa, bu nazirlik 2012-ci ildən bəri hər il ili 78 milyon drama (163240 dollar) binanı icarəyə götürür. Üstəlik bu məkan parlamentin hakim partiyadan olan deputatı Samvel Aleksanyanın arvadına məxsusdur.
"Transparency"nin ekspertləri hesab edirlər ki, baş nazirin şəffaf işləmək barədə çağırışları yalnız vədlərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.