Dünya

İŞİD 100 nəfəri girov götürdü

31 May 2016 09:35
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror təşkilatı İraqın Fəllucə şəhərində 100 nəfəri girov götürüb.

Milli.Az report-a istinadən bildirir ki, terrorçular İraq ordusunun hücumlarına cavab olaraq şəhər əhalisinə qarşı zorakılıqları artırıblar.

Fəllucənin tayfa rəhbərlərindən olan Məcid əl-Cerisi bildirib ki, İŞİD terrorçuları evlərə basqın edərək 100 gənci naməlum istiqamətə aparıblar. İŞİD silahlıları gəncləri saqqal saxlamamaq bəhanəsi ilə girov götürüblər.
"İŞİD silahlıları bölgə xalqını təhqir edir, İraq Silahlı Qüvvələrinə qarşı döyüşmədiyimiz üçün bizi qorxaqlıqda suçlandırırlar", - deyə Məcid əl-Cerisi əlavə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.