Dünya

Ağ Evdə bomba həyəcanı

30 May 2016 23:32
0 Şərh     Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Barak Obamanın iqamətgahı, Ağ Evin şimal hissəsində şübhəli paket akşar edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ABŞ təhlükəsizlik xidməti hadisə ilə bağlı ərazidə giriş-çıxışları bağlayıb.

Şübhəli bağlama Ağ Evin həyətinə dəmir barmaqlıqların arasına atılıb və bu səbəbdən bir nəfər saxlanılıb. Partlayıcı maddə mütəxəssislərinin hadisə yerinə gələrək araşdırma apardığı bildirilir.

"Röyter"in məlumatına görə, Prezident Obama "Anım günü" səbəbindən Ağ Evdə olub və içərdəki jurnalistlərin çölə çıxışına icazə verilməyib.

Qeyd edək ki, son illərdə Ağ Evdə bu cür hadisələr intensiv hal alıb.

Ötən il Ağ Evin dəmir barmaqlıqlarını keçərək həyətə daqxil olan şəxs yalnız 20 metr irəlilədikdən sonra saxlanılmışdı.

2014-cü ildə isə Ağ Evin həyətinə girməyə nail olan 42 yaşlı iraqlı qazi Ömər Qonzales əlindəki bıçaqla Obamanın otağına qədər gedib çıxmışdı. Bu hadisədən sonra ciddi tənqid olunan Gizli Xidmətin direktoru Culiya Pirson istefa vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.