Dünya

Nyu-Yorkda baş vermiş silsilə atışmalar zamanı 9 nəfər xəsarət alıb

30 May 2016 21:31
0 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-York şəhərinin 4 rayonunda baş vermiş silsilə atışmalar zamanı 9 nəfər xəsarət alıb. "Report"un məlumatına görə, bu haqda "NBC" telekompaniyası məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər Manhettenin şimalında, Bruklində, Şərqi Harlemdə və Kuins rayonunda vətəndaşlara atəş açıblar.

Yaralananlardan biri hadisə zamanı Manhettenin şimalındakı idman zalında basketbol oynayan 20 yaşlı gənc olub. Bruiklində də 19 yaşlı gənc silahlı şəxsin hücumuna məruz qalıb. Habelə Şərqi Harlemin sakini də naməlum şəxsin açdığı atəş zamanı yaralanıb.

Bununla yanaşı, cinayətkarlar Kuins raytonunda iki qadını və üç kişini odlu silahdan açılan atəşlə yaralayıblar.

Daha bir cinayət hadisəsi Steyten-Aylenddə baş verib. Burada da bir kişi başından yaralanıb.

Polisdən verilən məlumata görə, baş vermiş cinayət hadisələrinə görə hələlik heç bir silahlı saxlanılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.