Dünya

ABŞ prezidentliyinə ilk namizəd rəsmiləşdi

30 May 2016 11:02
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Libertarian Partiyası prezidentliyinə namizədini rəsmiləşdirib.

Milli.Az APA-ya istinadən bildirir ki, partiyanın namizədi Nyu-Meksiko ştatının qubernatoru Qeri Conson olub.
 
Partiyanın qurultayında Q.Conson 55,8 faiz səs toplayıb, onun beş rəqibi isə daha az səs alıb. Beləliklə, Q.Conson bu ilin noyabrında keçiriləcək seçkilərdə prezidentliyə ilk rəsmi namizəd olub.
 
Adətən, libertarianların prezident seçkilərində qələbə qazanmaq şansları olmasa da, budəfəki rəy sorğularında Q.Consonun sabit olaraq səslərin 10 faizindən çoxunu qazandığı bildirilir. Respublikaçı Donald Tramp və demokratların namizədi Hillari Klintonun aşağı populyarlığı onun üçün müəyyən perspektivlər açır.
 
ABŞ-ın Libertarian Partiyası bu il yaranmasının 45 illiyini qeyd edir. Partiya azad bazar iqtisadiyyatı, azad beynəlxalq ticarət, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, ən əsası isə digər dövlətlərin işinə müdaxilə etməmək prinsiplərini əsas götürür.
 
Q.Conson dörd il əvvəl də prezident seçkisində iştirak edib. 2012-ci ildə o, 1,27 milyon səs qazanaraq (ümumi seçici sayının 1 faizi), Barak Obama və Mitta Romnidən sonra üçüncü olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.