Dünya

ABŞ suya təslim oldu: 6 ölü

30 May 2016 10:32
0 Şərh     Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aramsız davam edən yağışlar fəlakətə səbəb olub.

ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, Ostin şəhərində xilasedicilər itkin düşmüş qadının meyitini tapıblar. Daha bir şəxsin meyitini xilasedici helikopterin heyəti aşkarlayıb.

Bundan əvvəl yerli hökumət orqanları daşqınlar nəticəsində 4 nəfərin öldüyünü təsdiq ediblər. Son günlər ərzində fasiləsiz yağan yağışlar ABŞ-ın mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Texas ştatının bir sıra yaşayış məntəqələrində daşqınlara görə fövqəladə vəziyyət elan olunub.

Daşqınlar nəticəsində Hyuston şəhərindən 112 kilometr aralıda yerləşən həbsxanada üsyan baş verib. Sel suları həbsxananın enerji təminatını sıradan çıxardığı üçün 50 məhkum qaçmağa cəhd edib. Keşikçilər say üstünlüyü hesabına üsyanın qarşısını alıb. Hökumət gələcəkdə oxşar vəziyyətlə qarşılaşmamaq üçün ətraf ərazilərdəki həbsxanaları evakuasiya ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.