Dünya

Məmurlara WhatsApp və Skype-dən istifadə qadağan olunur

30 May 2016 10:27
0 Şərh     Baxış: 1 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi məmurlara və hərbi qulluqçulara xarici mobil əlavələr vasitəsilə yazışmaların qadağan olunmasını təklif edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, məlumatı "Kommersant" yayıb. 

Yazıda deyilir ki, məhdudiyyət, ilk növbədə, Gmail elektron poçtu, eləcə də, WhatsApp, Viber, Skype və Telegram messencerlərinə aid ediləcək. 

Nazirlik təkliflərini prezident Vladimir Putinə yollayıb. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin təklifləri arasında dövlət qurumlarına xarici proqram təminatlarının alınması ilə bağlı məhdudiyyətlərin genişləndirilməsi də var. 

Qeyd edək ki, dövlət qulluqçularının xarici servislərdən istifadəsi məsələsinə hələ 2005-ci ildə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev toxunmuşdu. O bəyan etmişdi ki, hakimiyyət orqanlarının informasiya sistemlərinə kompüter hücumları sistem proqram vasitələrində xarici texniki kəşfiyyatın əlinin olması ilə bağlıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.