Dünya

"Bu islahat, ilk növbədə, rusdilli icmanın maraqlarına cavab verir" - Liberman

30 May 2016 09:19
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizim ev- İsrail" Partiyası qanunvericiliyi elə dəyişməyə çalışır ki, İsraildə layiqli pensiya üçün kifayət qədər vəsait toplaya bilməyən və ya bunu çatdırmayan (keçmiş SSRİ-dən olan 90-cı illərin repatriantların əksəriyyəti kimi) pensiya yaşındakı insanların gəlirlərini artırsın.

Milli.Az bildirir ki, bunu İsrailin yeni müdafiə naziri Aviqdor Liberman xarici KİV-ə ilk olaraq Trend-ə müsahibəsində deyib.

O bildirib: "Bizim islahatımız yaşlı repatriantlara qarşı ədaləti bərpa edir. Lakin o, sektoral xarakter daşımır, anadan olduğu yerdən, gəldiyi ölkədən və repatriasiya tarixindən asılı olmayaraq əhalinin bütün kateqoriyasına şamil edilir".

A.Liberman qeyd edib ki, meyar ölkə mənsubiyyəti deyil, maddi vəziyyətdir: "Layiqli pensiya üçün qazanc əldə etməyi çatdırmayan pensiyaçılar arasında repatriantlar çox olduğuna görə bu islahat, ilk növbədə, rusdilli icmanın maraqlarına cavab verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.