Dünya

ABŞ Hərbi Dəniz Qüvvələri bu yay super silahdan istifadə etməyi planlaşdırır

29 May 2016 19:33
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Hərbi Dəniz Qüvvələri bu yay hərbi gəmilərdə super silah sayılan relsotronu quraşdırmaq və real şəraitdə sınaqdan çıxarmaq niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün "Fox News" telekanalına müsahibəsində müdafiə məsələləri üzrə mütəxəssis Allison Berri bildirib.

A. Beri deyib ki, bu, yeni nəsil silahdır. Dünən isə "Wall Street Journal"  nəşri ABŞ Hərbi Dəniz Qüvvələrinin relsotronla bağlı təcrübi sınaqlarına dair ilk kadrı yayıb. Bu silahın əsasını  relsdə hərəkət edən elektromaqnit qülləsi təşkil edir. Bu yeni silah ABŞ-a gələcəkdə Rusiya və Çini hərbi texnologiya sahəsində qabaqlamağa imkan verəcək. Relsotron Hərbi Dəniz Qüvvələrini limitsiz mərmi ilə təchiz edəcək, partlayış təhlükəsi olan mərmlərdən istifadəni aradan qaldıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.