Dünya

İŞİD daha bir şəhəri ələ keçirib

29 May 2016 17:58
2 Şərh     Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşması Suriyanın şimalında yerləşən Marea şəhərində nəzarəti ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə "Daily Star" qəzeti öz elektron versiyasında yazıb.
Məlumata görə, terrorçular mötədil silahlı müxalifətin özülünü təşkil edən "Azad Suriya Ordusu" (ASO) adlı qruplaşmanı oradan çıxardıblar.
Türkiyə sərhədlərinin 10 km-də gedən şiddətli döyüşlər zamanı hər iki tərəf itki verib. Nəşrin məlumatına görə, ASO sıralarında 60-dan çox yaraqlı ölüb, İŞİD-in itkisi 47 nəfər təşkil edib. Dinc sakinlər arasında 29 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.