Dünya

Kral parlamenti buraxdı

29 May 2016 17:37
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İordaniya kralı II Abdulla yeni seçkilərə hazırlıq üçün parlamentin aşağı palatasının (Nümayəndələr Palatası) buraxılması barədə fərman verib.

APA-nın İordaniyanın "Petra" Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, deputatların səlahiyyət müddəti 4 ildir, sonuncu parlament seçkiləri 2013-cü ildə keçirilib.
 
İordaniyada yeni parlament seçkiləri ərəfəsində kral tərəfindən parlamentin buraxılması standart prosedurdur. Konstitusiyaya əsasən, parlamentin buraxılmasından sonra baş naziri Abdulla Ensurun rəhbərlik etdiyi Nazirlər Kabineti istefa  verib.  Kral II Abdulla əvvəllər müxtəlif nazir postlarını tutmuş Xani əl-Mulkini baş nazir təyin edib. Xani əl-Mulkiyə bu ilin sonuna qədər Nümayəndələr Palatasına seçkiləri təşkil etmək tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.