Dünya

Onlar həccə gedə bilməyəcəklər

29 May 2016 14:00
9 Şərh     Baxış: 3 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran bu il Məkkəyə həcc ziyarətinə zəvvarlar göndərməyəcək. 

APA-nın "Press TV" telekanalına istinadən verdiyi məlumata görə, İran hakimiyyəti Səudiyyə Ərəbistanını həcc ziyarətinə mane olmaqda günahlandırır.
 
İranın mədəniyyət naziri Əli Cənnəti bildirib ki, Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən danışıqların iki raundu uğurla nəticələnməyib: "Təəssüf ki, iranlı zəvvarlar həcc ziyarətinə gedə bilməyəcəklər".
 
Bundan əvvəl rəsmi Ər-Riyadın iranlı zəvvarlarla bağlı xüsusi olaraq təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar rəsmi Tehranın təklifini qəbul etmədiyi açıqlanıb. Rəsmi Tehran ötən həcc ziyarəti zamanı Mina vadisində izdiham zamanı 464 iranlı zəvvarın həyatını itirdiyini əsas gətirərək belə bir tələblə çıxış edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.