Dünya

500 miqrant xilas edildi

28 May 2016 23:22
3 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Sahil Mühafizəsi və İrlandiya gəmisi Aralıq dənizindəki qayıqlardan 500-dən çox miqrantı xilas ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu haqda "Assoşieyted Press" İrlandiyanın Hərbi Dəniz Qüvvələrinə istinadən xəbər yayıb.
Məlumata görə, miqrantları xilas etmək üçün mayda dənizə göndərilmiş "Le Roisin" gəmisi 123 insanın həyatını xilas edib, bir nəfər isə ölüb.
İtaliyaya mıxsus "VMS" gəmisi rezin qayıqlardakı 101 miqrantı xilas edib. İtaliyanın Sahil Mühafizəsi ümumilikdə 322 miqrantın xilas edildiyini xəbər verib.
Son həftələr ərzində Aralıq dənizində bir neçə miqrant xilas edilib. Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına görə, ilin əvvəlindən bu günə kimi Avropaya 194 min 611 nəfər miqrant gəlib. 1475 nəfər itkin düşüb və həyatını itirib.
Yunanıstan ən çox miqrant qəbul edən ölkələr arasındadır. Bu ilin yanvar-may aylarında ölkəyə 156 min 157 miqrant gəlib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.