Dünya

İdmançı rinqdə keçindi

27 May 2016 19:19
1 Şərh     Baxış: 1 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tuvada kikboksinq üzrə yarışlarda iştirak edən 16 yaşlı idmançı 21 yaşlı rəqibinin zərbəsindən sonra rinqdə keçinib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə respublika istintaq komitəsinin İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə 54 kq qədər çəki kateqoriyasında Dzun-Xemçin rayonunun Çadana şəhərinin kikboksinq üzrə açıq çempionatında baş verib.

"21 yaşlı iştirakçı ayağı ilə 16 yaşlı iştirakçının qarın nahiyəsinə zərbə endirib, nəticədə o, huşunu itirib. Görülən tədbirlərə baxmayaraq, o, özünə gəlmədən elə rinqdə keçinib", - mətbuat xidməti bildirib.

Fakt üzrə istintaqdan öncə yoxlama aparılır, tibbi-məhkəmə ekspertizası təyin edilib, şahidlər dindirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.