Dünya

Xoşagəlməz xatirələri beyindən silmək olacaq - Tibb elmində inqilab

27 May 2016 19:17
6 Şərh     Baxış: 2 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibb elmində inqilab!

Milli.Az atv.az-a istinadən bildirir ki, amerikalı alimlər yaddaşda xoşagəlməz xatirələrin silinməsi üsulunu kəşf edib. Bunun üçün hipnoz və kənardan digər müdaxilələrə də ehtiyac yoxdur. Tədqiqatları Priston Universitetinin psixoloqları və Dartmut kollecinin mütəxəssisləri həyata keçirib. Onlar müəyyən edib ki, insan qavrayışının dəyişdirilməsi zamanı istənilən xoşagəlməz xatirələri silmək mümkündür.

Tədqiqatda iştirak etmək üçün 19-34 yaş arasında olan 25 könüllü dəvət olunub. İştirakçılar onlara təqdim olunan fotoşəkillərlə bağlı fikirlərini cəmləməli və təsvirləri müşayiət edən sözləri yadda saxlamalı idi. Daha sonra könüllülərə elə həmin şəkillər, amma başqa sözlərlə göstərilib. Eksperiment göstərib ki, insan diqqətini sözlərə cəmləyəndə, kəlmələri unudarkən yatmış olan beyinin müəyyən hissəsi dərhal aktiv fəaliyyətə keçir.

Onu da qeyd edək ki, belə bir sınağı zəruri edən, bir çox insanın xoşagəlməz xatirələrdən əzab çəkməsidir. Yaddaşlarda iz qoyan arzuolunmaz olaylar insanların xoşbəxt həyat qurmasını əngəlləyən mənəvi maneələrdir. İndi alimlər yeni təcrübələrlə təcavüzə uğrayan və ya ağır cinayətlərin şahidi olan insanlara kömək etmək istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.