Dünya

Nadejda Savçenko: "Lazım gəlsə, prezident ola bilərəm"

27 May 2016 13:09
2 Şərh     Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 25-də həbsdən azad edilərək Rusiyadan vətənə dönən ukraynalı pilot, Ali Radanın deputatı, "Ukrayna qəhrəmanı" Nadejda Savçenko bu gün Kiyevdə mətbuat konfransı keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, N. Savçenko istər cəbhədə, istər sülh şəraitində bütün gücünü Ukraynanın müdafiəsi üçün sərf edəcəyini bildirib: "Nə ilə məşğul olmağı planlaşdırıram? Mən uçmağı sevirəm və uçmaq istəyərdim. Lakin Ukrayna üçün harada və necə faydalı olacağamsa, onu edəcəyəm. Fərqi yoxdur, Ukraynanı harada müdafiə edirəm. Əgər burada daha çox şey edə bilərəmsə, burada edəcəyəm. Əgər döyüş meydanında daha çox şey edə bilərəmsə, oraya gedib, ilk sıralarda dayanacağam. Əgər mənim prezident olmağın lazımdırsa, yaxşı, mən prezident olacağam".
 
Lakin N. Savçenko insanların nəyinsə əvəzində səs verməmək lazım olduğunu öyrəndiklərini güman etmir: "İnanmıram ki, insanlar qarabaşağın əvəzində səs verməmək lazım olduğunu öyrəniblər. Mən prezident olmaq istəmirəm, uçmağı sevirəm. Lakin əgər lazımdırsa, prezident də olaram, başqa bir şey də".  
 
N. Savçenko deyib ki, Ali Radaya gedəndə ilk işi tribunadan öz plakatını yığışdırmaq olacaq. O, Minsk razılaşmalarını effektiv saymadığın da söyləyib: "Bu razılaşmalar qəbul olunarkən mən həbsxanada idim və televiziyadan izləyirdim. Mən deyə bilmərəm ki, o razılaşmalar effektivdir. Lakin yaxşı ki, onlar ən azı alovu söndürdülər, hansı ki, həmin vaxt çoxlarını ağrıdacaq dərəcədə yanırdı. Buna görə Minsk razılaşmaları sağ olsun". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.