Dünya

Kraliça astarı üzünə çevrilmiş paltar geydi - FOTO

27 May 2016 13:54
2 Şərh     Baxış: 3 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İordaniyada ölkənin dövlət müstəqilliyinin 70 illiyi təntənə ilə qeyd olunur.

Bununla bağlı olaraq paytaxt Əmmandakı Rəqadan Sarayında kral 2-ci Abdalla təntənəli qəbul təşkil edib.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, təntənəli qəbula 54 yaşlı kralın xanımı, 45 yaşlı kraliça Raniyə əl Abdalla astarı üzünə çevrilmiş təsir bağışlayan geyimdə qatılıb.

Geyim İordaniya və Fələstin moda brendi olan "Hama"nın əsəridir.

Rəsmi qəbulda kral və kraliça ilə yanaşı, onların övladlarından üçü də iştirak edib.

Kral 2-ci Abdalla və kraliça Raniya 21 yaşlı şahzadə Hüseyn, 22 yaşlı şahzadə İman, 16 yaşlı şahzadə Səlma və 11 yaşlı şahzadə Həşimin valideynləridir.

Dünənki qəbulda  şahzadə İman iştirak etmirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.