Dünya

19 nəfər mağarada tələyə düşdü

27 May 2016 09:34
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın Kentukki ştatında yerləşən mağaralardan birində tələyə düşən 19 nəfərdən ibarət qrup sağ-salamat xilas olunub.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə ştatın qubernatoru Mett Bevin məlumat verib.
21 nəfərdən ibarət turist qrupu cümə axşamı səhər yerli mağaralardan birinə ekskursiyaya gəlib. Bu zaman yağmağa başlayan yağış tədricən mağaranı doldurub və yalnız 4 nəfər oranı tərk edə bilib. İki yerli polis əməkdaşı tələyə düşənlərin xilas edilməsi üçün hadisə yerinə göndərilib, lakin onlarla da əlaqə kəsilib.
"Bütün səyyahlar mağaradan xilas edilib", - deyə Bevin öz "twitter" səhifəsində yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.