Dünya

​17 Azərbaycan vətəndaşı Başqırdıstandan qovuldu

27 May 2016 07:41
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlin əvvəlindən Başqırdıstan Respublikasında qanunsuz olaraq yaşayan 236 miqrant məcburi qaydada Rusiya ərazisindən xaric edilib.
Milli.Az "Report"a istinadən bildirir ki, onların arasında 17 Azərbaycan vətəndaşı da var.
Deportasiya edilənlərin əksəriyyəti Özbəkistan (139) və Tacikistan (44) vətəndaşlarıdırlar. Onların sırasında, həmçinin Qırğızıstan, Türkiyə, Nigeriya, Vyetnam, Fələstin və başqa dövlətlərin nümayəndələri də var.
Qeyd edək ki, ötən il Rusiya ərazisindən 26 Azərbaycan vətəndaşı çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.