Dünya

Parisdə etirazçılar və polis arasında toqquşmalar baş verib

27 May 2016 08:17
0 Şərh     Baxış: 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə əmək qanunvericiliyində dəyişikliklərə qarşı çıxış edən etirazçılar və polis qüvvələri arasında toqquşmalar baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iğtişaşlar Fransanın digər şəhərlərində də müşahidə olunub.
Bordo şəhərində toqquşmalardan sonra 100-dək etirazçı saxlanılıb. Polis aksiyanı dağıtmaq üçün etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.  
 
Xatırladaq ki, mayın 18-də Əmək Məcəlləsində dəyişikliklərə qarşı təşkil olunan aksiyalarda 220 min nəfər iştirak edib.  
 
Qeyd edək ki, hökumətin təklif etdiyi qanun layihəsi müəssisələrdə iş vaxtının uzadılması və işçilərin işdən azad olunması prosedurunu xeyli sadələşdirir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.