Dünya

Saakaşvili : “Onlar başlarını itiriblər” - VİDEO

26 May 2016 22:26
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Mixail Saakaşvilinin qubernatoru olduğu Odessa Vilayət Administrasiyasının binasında hüquq-mühafizə orqanları axtarış aparıb.

Yerli KİV-lərin xəbərinə görə, axtarışlar Saakaşvilinin köməkçisi və müşaviri, Gürcüstanın eks-baş konsulu Teymuraz Nişnianidzenin kabinetində və evində, eləcə də "Odessa naminə" fondunda aparılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Mixail Saakaşvili hadisədən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında bunun siyasi provakasiya olduğunu deyib.

"Bu cür nə Viktor Pşonka işləyib, nə Putinin təyin etdiyi prokurorluq rəhbəri belə fəaliyyət göstərir, eləcə də Şimali Koreya belə işləmir. Onlar ümumiyyətlə başlarını itiriblər", - deyə Saakaşvili söyləyib.

Onun sözlərinə görə, Yuriy Luçenkonun administrasiyada axtarışlar aparıldığından xəbəri olmayıb.

"Mən Luçenkoya zəng etdim və məlum oldu ki, onun bu hadisədən xəbəri olmayıb. O çox təəccübləndi. Bax, bu ölkədə belə güc var, yuxarılardan xəbərsiz istənilən özbaşınalığı edə bilirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.