Dünya

Qanlı yanvarın təşkilatçısı "arzuolunmaz şəxs" elan edildi

26 May 2016 16:51
4 Şərh     Baxış: 1 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Ukraynaya girişi qadağan edilib.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən "Obozrevatel" deyib.
 
Mixail Qorbaçov "persona non-qrata" ("arzuolunmaz şəxs") elan olunub.
 
Qorbaçovun kəskin anti-Ukrayna fikirlərinin hüquqi analizi belə qərarın qəbuluna əsas verib. O, faktiki olaraq Krımın Rusiya tərəfindən zəbtini bəyənib.
 
Daha əvvəl isə "The Sunday Times"ə müsahibə verən Qorbaçov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsi haqqında qərarını dəstəkləyir. SSRİ-in sabiq prezidentinin sözlərinə görə, Putinin yerində olsaydı eyni qərarı verərdi: "Mən həmişə xalqın azad iradəsi ilə Krımın yenidən Rusiya ilə birləşməni istəmişəm".
 
Xatirladaq ki, Mixail Qorbaçov 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilən qırğının əsas memarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.