Dünya

Türk ordusunun 3 yeni silahı - VİDEO - FOTO

26 May 2016 17:23
1 Şərh     Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinin modernizasiyası davam edir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Türkiyənin hərbi sənaye kompleksinin ən mühüm istehsalat birliklərindən olan Makina və Kimya Sənayesi zavodu dünyada analoqlarının hamısını geridə qoyan yeni silahları təqdim edib.

Türk ordusunun inventarına daxil edilən 5,56x45 kalibrli MPT-55 avtomatik silahı, bunun qısa "karabin" varinatı və KNT-76 snayper tüfəngi bütün sınaqlardan yüksək səviyyədə çıxıb.

Zavodun müdiri Səlim İyilişin sözlərinə görə, artıq gələn ilin əvvəlindən Türkiyə Müdafiə Nazirliyinin sifarişlərinin yerinə yetirilməsinə başlanacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türk ordusunun 3 yeni silahı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.