Dünya

Erməni ordusu bir gündə iki əsgərini itirdi - YENİLƏNİB

26 May 2016 15:30
0 Şərh     Baxış: 2 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:30

Ermənistan ordusunda daha bir ölüm hadisəsi baş verib.

Ermənistanın İstintaq Komissiyası əsgər Akop Qevorkyanın ölüm faktı üzrə cinayət işi açıb.

Oxu.az Novosti-Armeni-yə istinadən yazır ki, mayın 25-də, saat 15:30 radələrində N saylı hərbi hissədə müddətli hərbi xidmətdə olan çavuş Akop Qevorkyan döş qəfəsindən aldığı bıçaq yarasından ölüb.

O, "Meqri" tibb mərkəzinə aparılarkən yolda ölüb.

---------

13:54

Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrindən birində əsgər ölüb.

Publika.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, mayın 25-də saat 18:20-da 1997-ci il təvəllüdlü erməni əsgər Vaqe Yeqoyan müəmmalı şəkildə ölüb.

Ermənistan müdafiə nazirliyi hadisə ilə bağlı araşdırma apardıqlarını açıqlayıb.

Erməni mediası isə hadisənin daxili nizam-intizamın pozulması nəticəsində baş verdiyi iddiasını irəli sürüb. İddiaya görə, V. Yeqoyan əsgər yoldaşının actdığı atəş nəticəsində ölüb. Lakin bunun qəsdən, yoxsa ehtiyatsızlıqdan baş verdiyi məlum deyil.

---------

12:31

Azərbaycanın işğal altında olan ərazilərində xidmət aparan erməni əsgər öldürülüb. 

Milli.Az bu barədə azvision.az-a istinadən xəbər verir. 

Məlumata əsasən, əsgər Vaqe Eqoyanın cəsədi mayın 25-i saat 18:20 radələrində aşkarlanıb. Onun Qarabağda şimal istiqamətdə olan hərbi hissələrdən birində naməlum şəraitdə öldürüldüyü bildirilir. 

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb. 

Xatırladaq ki, son aylar Ermənistanda, həmçinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yerləşən hərbi hissələrdə ölmüş əsgər cəsədlərinin aşkar edilməsi halları çoxalıb. Erməni KİV-də yer alan məlumatlarda bu erməni əsgərlərinin əksəriyyətinin zabitlər tərəfindən öldürüldüyü qeyd olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.