Dünya

Sarkisyana rus polisi kömək edəcək

25 May 2016 18:02
1 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin polis qüvvələri mayın 24-dən 26-dən Ermənistanda "Kobalt-2016" adı altında operativ təlimlər keçirir.

Milli.Az publika.az-a istinadən bildirir ki, təlimdə Qazaxıstan, Qırğızıstan, Rusiya, və Ermənistan polis qüvvələri iştirak edirlər. 
 
Ermənistan parlamentinin deputatı Tevan Poqosyan hesab edir ki, bu təlimlər narahatlığa səbəb olur: "Belə görünür ki, bundan sonra Ermənistanda kütləvi etirazları erməni polisi yox, KTMT qüvvələri yatıracaq. KTMT-yə bu hüquq verilir. Bu, birbaşa Ermənistanın daxili işlərinə qarışmaqdır".
 
KTMT-nin baş katibi Nikolay Bordyuja da bu haqda danışarkən bildirib ki, əgər təşkilata üzv ölkədə kütləvi iğtişaşları milli qüvvələr yatıra bilməsə, o zaman, təşkilat qüvvələrinin müdaxilə etmək hüququ var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.