Dünya

Azərbaycanlı milyarderin oğlunun polislə "ölüm yarışı" - VİDEO

25 May 2016 17:23
2 Şərh     Baxış: 4 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada gənclərin yol qaydalarını pozduğunu əks edən görüntülər yayılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, yol qaydalarını kobud şəkildə pozan gənclərdən biri "Lukoyl" prezidenti Vahid Ələkbərovun müavini Azad Şahsuvarovun 20 yaşlı oğulu Ruslandır. Ona aid olan qızılı rəngli "Gelandewagen"lə paytaxt polisi ilə yarışa girən gənclər videonu canlı olaraq "Periscop"da paylaşıblar. 

Hadisə 23 may tarixində səhər saatlarında qeydə alınıb. Yol polisi nə qədər xəbərdarlıq etsə də, gənclər qanuna tabe olmaqdan boyun qaçırıblar. Daha sonra ara yollara girən gənclər orada avtomobili atmağa və gizlənməyə çalışıblar. Amma buna baxmayaraq polis əməkdaşları qaydaları pozan gəncləri saxlaya bilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.