Dünya

Serdar Ortaçın arvadını barda döyüblər? - ŞOK İDDİA

25 May 2016 16:55
2 Şərh     Baxış: 2 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə avtomobil qəzası keçirdiyi deyilən tanınmış müğənni Serdar Ortaçın həyat yoldaşı Chloe Loughnanla bağlı maraqlı iddia ortaya atılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ifaçının xanımının Amerikada avtomobil qəzası keçirmədiyi, döyüldüyü deyilir. Belə ki, xanımın üzündəki yaralar onun döyüldüyü barədə şayiələrin yaranmasına səbəb olub. İddialara görə o, Amerikada barların birində naməlum şəxslər tərəfindən döyülüb. Məlumata görə, dostları ilə bara gedən model burada kişi tanışlarından birinin sərxoş olmasından sonra davaya qarışıb.
 
Belə ki, amerikalı gənc Chloeyə söz atıb. Model isə onu özündən uzaqlaşdırmaq üçün itələyib. Səndələyib yerə yıxılan şəxs ayağa qalxaraq S.Ortaçın həyat yoldaşının üzünə zərbələr endirib. Müğənninin xanımı isə bunu mediadan gizlətmək üçün həyat yoldaşına fərqli ssenari danışıb. Peşəkar idmançılar da modelin üzündəki yara izlərini şərh edərkən deyiblər ki, bu izlər zərbə izlərinə bənzəyir. 

Qeyd edək ki, S.Ortac bildirmişdi ki, həyat yoldaşı yıxılıb və üzü asfalta dəydiyi üçün zədələnib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.