Dünya

Rza Zərraba Babəkdən gələn GİZLİ məktub

25 May 2016 13:44
0 Şərh     Baxış: 3 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalmaqallı iş adamı Rza Zərrab ABŞ-a getmədən öncə İranda edama məhkum edilən ortağı Babək Zəncanidən gizli məktub alıb. Babək məktubunda Tehranın pullarını geri verilməsini tələb edirdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu günə qədər Zərrabın ABŞ-a getməsi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. "Vaşinqton Post", "Nyu-York Tayms" kimi nüfuzlu nəşrlər Zərrabın şüurlu şəkildə ABŞ-a getdiyini, hətta Vaşinqton rəsmiləri ilə müəyyən əlaqə qurduğunu iddia edir.
 
ABŞ-a getməyin 3 səbəbi...
 
Martın 19-da Zərrabın ABŞ-a getməsinin ən böyük səbəbi şəriki Babək Zəncaninin İranda edam cəzasına məhkum edilməsi olub. Keçmişdə Zərrabın yaxın çevrəsində çalışan şəxslərin verdiyi məlumata görə, edam cəzası verildikdən az sonra Zəncani Zərraba məktub yazaraq pul tələb edib. O, edamdan qurtulmağın tək yolunun pulu qaytarmaq olduğunu bildirərək, bunu Zəncanidən israrla tələb edib. Lakin bu məktubdan sonra həyatının təhlükədə olduğunu görən azərbaycanlı milyarder ABŞ-a getməyi qərara alıb.
 
Dubay əlaqələri...

 
Zərrabın ABŞ-a pənah aparmasının ikinci səbəbi isə Dubayla davam edən əlaqələr çərçivəsində bu ölkəyə gedib-gələrkən keçirdiyi narahatlıq idi. Zərrab ABŞ rəhbərliyinə yaxın Dubay əmiri Maktum ailəsi tərəfindən öz razılığı xaricində Dubay və ya başqa bir hava limanında ABŞ-a təslim edilməsindən qorxurdu.
 
Türkiyə təhlükəli idi...
 
Üçüncü səbəb, Zərrab artıq Türkiyədə özünü təhlükəsiz hiss etmirdi. Vaşinqtonun nüfuzlu İran mütəxəssislərindən olan, ABŞ Konqresinin də tez-tez müraciət etdiyi Emmanuel Ottolengi bir müddət öncə açıqlamasında Zərrabın İranın sui-qəsd qruplarının Türkiyədə onu rahat buraxmayacağından qorxduğunu və bunun üçün razılaşaraq ABŞ-a getdiyini irəli sürmüşdü.
 
Sən saydığını say...
 

Zərrabın ABŞ rəsmiləri ilə əlaqə qurduğu aydınlaşandan sonra bunu Türkiyə daxilində, yoxsa Türkiyədən çıxdıqdan sonra etdiyi ciddi maraq doğurur. Zərrab ABŞ-a niyə getdiyini bilirdi, amma orada necə qarşılanacağını bilmirdi. Təxminlərə görə, Zərrab ABŞ-da həbs olunacağını öncədən bilib. Lakin Zərrab verəcəyi məlumatlar müqabilində cəzasının yüngülləşəcəyini gözləyirdi. İlk girov müraciətində gözlənilmədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın qurucusu olduğu dərnəyə etdiyi hədiyyələri açıqlaması da məhz buna hesablanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.