Dünya

"WizzAir" qiymətləri qaldırdı

25 May 2016 12:34
1 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın "WizzAir" aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə həyata keçirilən uçuşları bahalaşdırıb. 

Milli.Az fins.az-a istinadən bildirir ki, may ayının əvvəlindən etibarən avişirkət biletlərin qiymətini  50% artırıb.

Məsələn, martın sonundan uçuşlar yenidən bərpa ediləndə bir tərəfli uçuş biletləri 40 avroya təklif edilirdisə, hazırda minimal qiymətlər 60 avrodan başlayır.

Gediş-dönüş biletləri hazırda ən aşağı qiymət olaraq 120 avroya əldə etmək olar. Üstəlik bu qiymətə yalnız 10 kiloqramlıq əl yükü daxildir.

Turizm şirkətlərindən bildirilib ki, sentyabr ayına kimi uçuşlar daha bahadır. Bu da turizm mövsümü ilə əlaqədardır. 

Qiymətlərin enməsini mövsüm bitəndən sonra gözləmək lazımdır. Məsələn, sentyabr ayından uçuşlar daha ucuz, yəni 50 avroya təklif edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.