Dünya

12 yaşlı amerikalı iki universitetə qəbul oldu

25 May 2016 12:52
10 Şərh     Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanişk Abraham (Tanishq Abraham) 12 yaşında olmasına baxmayaraq, Kaliforniyanın iki universitetinə qəbul olub.

Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir.

Sakramentonun gənc sakini 10 yaşında məktəbi bitirib, keçən il yerli kollecdə üç kiçik mütəxəssis dərəcəsi alıb.

Kaliforniyanın Devis və Santa-Krus universitetləri onu tələbə qismində dəvət ediblər. O, hələlik hansı universitetdə təhsil alacağına qərar verməyib.  

"Hər birinin öz üstünlüyü var", - vunderkind deyib.

Universitetlərdən biri onun evindən 20 dəqiqəlik məsafədə yerləşir, digəri isə ona yalnız bir neçə tələbənin mükafatlandırıldığı prestijli təqaüd verir.

Bu, necə olub? Valideynləri onun informasiyanı tez qavradığını və artıq 4 yaşında Mens - yüksək intellektli insanlar təşkilatının üzvü olduğunu bildiriblər.

"CBS Sacramento"ya verdiyi müsahibəsində o, tələbələrin kollektivində seçiləcəyindən qorxmadığını bildirib.

"Kollecdəki təcrübəmdən onları əvvəlcə narahat etdiyimi gördüm. Amma daha sonra onlar mənə alışdılar. Biz sadəcə dost olduq", - gənc tələbə deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.