Dünya

Futbol azarkeşinə 26 il həbs cəzası verildi

25 May 2016 10:31
0 Şərh     Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Roma" klubunun azarkeşi Daniel De Santis 26 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az report-a istinadən bildirir ki, o, 2014-cü ildə ölkənin digər klubu "Napoli" azarkeşi Çiro Espozitonu öldürməkdə ittiham olunub. 
Həmin il mayın 3-də "Napoli" və "Fiorentina" komandaları arasında Romada keçirilən İtaliya Kubokunun finalından öncə azarkeşlər arasında insident yaşanıb. Münaqişə zəminində De Santis Espozitoya bıçaq zərbələri endirib.
Çiro Espozito 53 gün xəstəxanada qalsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin görüşdə "Napoli" "Fiorentina"nı 3:1 hesabı ilə məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.