Dünya

Qurban Yetirmişli: “Metsamor AES bütün region üçün təhlükə mənbəyidir”

24 May 2016 22:32
0 Şərh     Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sirr deyil ki, Metsamor atom elektrik stansiyası (AES) təkcə Qafqaz deyil, həm də bütün region üçün böyük təhlükə mənbəyidir. Xarici və yerli ictimai-siyasi xadimlər və mütəxəssislər bu barədə dəfələrlə çıxış ediblər. Mən də bir neçə dəfə xəbərdarlıq etmişəm ki, Ermənistandakı AES-də yarana biləcək istənilən texniki nasazlıq ekoloji və iqtisadi nəticələrini proqnozlaşdırmağın çətin olduğu vəziyyətə gətirib çıxara bilər. Bu barədə Azərbaycan hökumətini də məlumatlandırmışam".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. O deyib: "Metsamor AES-in istismar müddəti bitib. Bundan əlavə, o, seysmik təkanların 8-9 bala çatdığı aktiv seysmik zonada yerləşir. Beynəlxalq ekspertlər də bölgədə zəlzələ ehtimalının çox yüksək olması barədə xəbərdarlıq edib. Hazırda Metsamor AES təhlükəli vəziyyətdədir, güclü zəlzələ böyük fəlakətlə nəticələnə bilər. Bu isə təkcə Qafqaz yox, həm də Yaxın Şərq ölkələri üçün faciə ola bilər. Baş verənləri nəzərə alaraq, Ermənistan rəhbərliyindən AES-in fəaliyyətini dayandırmağa nail olmaq lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.