Dünya

İnsanları xilas edəcək robot yaradıldı - VİDEO

24 May 2016 20:06
1 Şərh     Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm adamları dağlıq ərazilərdə təhlükə ilə üzləşən insanları xilas etmək üçün müxtəlif layihələr üzərində işləyir. 7 univeristet və iki şirkətin elm adamları bir araya gələrək, ekstremal vəziyyətlərdə insanlara ilkin yardım göstərə biləcək robotlar hazırlayıb.

Milli.Az atv.az-a istinadən bildirir ki, 3 il ərzində hazırlanan robotlar ən çətin şəraitdə belə insanlara kömək etmək gücündədir. Müxtəlif formalı cihaz və 30 kq ağırlığındakı helikopterlərin yük götürmə, avtomatik idarə olunma xüsusiyyətləri var. Ən müasir sistemlərlə təchiz edilən robotlar dağlıq  ərazilərdə səyahətə çıxan insanları müşahidə edə, onların hərəkət trayektoriyasını yadda saxlaya bilər. Cihazlar alpinistlərə qar uçqunu zamanı ilkin yardım göstərmək iqtidarındadır.

Məlumata görə, son illər dağlıq bölgələrdə itkin düşən şəxslərin sayında artım müşahidə olunur. Naməlum səbəbdən hər il onlarla insan dağlıq bölgələrdə itkin düşür. Alimlər oxşar vəziyyətdə həmin insanları izləyə, itkin düşən şəxslərin yerini qısa müddət ərzində müəyyən etmək iqtidarında olan bu müasir cihazların işinə çox güvənir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İnsanları xilas edəcək robot yaradıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.