Dünya

Qadın avtomobili polisin üstünə sürdü - VİDEO

24 May 2016 18:45
4 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Viskonsin ştatında yaşayan bir qadın  polislərin əmrinə tabe olmadığı və onların həyatını təhlükəyə atdığı üçün azadlıqdan 45 il müddətinə məhrum etmə cəzası ilə üz-üzə qalıb. 

Milli.Az atv.az-a istinadən bildirir ki, asayiş keşikçiləri 23 yaşlı Kelvina Friman adlı sürücünün sənədlərini yoxlamağa çalışanda gənc qadın gözlənilməz addım atıb. Şübhəli sürücü avtomobili sürətlə arxaya hərəkət etdirib. Bu vaxt açıq qapıların qarşısındakı polislər, o cümlədən sürücünün doğma anası ölümlə üzləşib. Təsadüf nəticəsində bu hadisədə ölən və ciddi yaralanan olmayıb. İki polis əməkdaşının yüngül xəsarət aldığı bildirilir. Artıq nəzarətə götürülən sürücü haqqında cinayət işi qaldırılıb. Onun  günahı sübuta yetirilsə də, həyatı alt-üst olan gənc qadın bir də ahıl çağında azadlığa qovuşacaq. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qadın avtomobili polisin üstünə sürdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.