Dünya

"Apple" qiymətləri salır

24 May 2016 17:16
1 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qiymətlərin çox baha olduğunun fərqindəyik. Müəyyən qədər qiymətilərin aşağı salınması üçün nə isə edəcəyik.

Milli.Az anspress-ə isitinadən bildirir ki, bu sözləri Hindistanda qatıldığı televiziya proqramında "Apple" şirkətinin baş direktoru Tim Kuk deyib.

Özünə ünvanlanan"iPhone"ların bahalı olması ilə bağlı sualı cavablandıran Kuk ilk dəfə bu mövzu ətrafında açıq fikir bildirib.

Bu açıqlama "iPhone" qiymətləri haqqında ən məsul şəxsdən gələn çox vacib etiraf olaraq qiymətləndirilib. Bunu ən yaxşı məhsullar satdığını düşünən şirkətin qiymət siyasətini dəyişəcəyinə dair bir işarə olduğu deyilir.

"iPhone" satışları ötən rübdən etibarən 16% aşağı düşüb. Android bazarda öz nüfuzunu artırmağa başladığı halda "iPhone" öz bazar səhimlərini itirir. Bu isə həm də qiymət bahalığı ilə izah edilir. 

Analitiklər satışların aşağı düşməsinin il ərzində də davam edəcəyini proqnozlaşdırır. 

"Apple"ın sentyabr ayında təqdimatını keçirəcəyi gözlənilən "iPhone 7" ilə bağlı iddialar isə səslənməkdə davam edir. İnternetdə şəkilləri yayılan yeni model haqqında qulacıq girişinin olmaması haqqında səslənən fikirlər narazılıqla qarşılanıb.

Stiv Cobsun 24 avqust 2011 tarixində "Apple"dən ayrılmasından sonra şirkətin icracı direktoru Tim Kuk olub. Kuk "Apple"da 1998-ci ildən işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.