Dünya

"Rusiya ilə zarafat etmək olmaz"

24 May 2016 17:07
5 Şərh     Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya istənilən terror təhlükəsinə cavab verə biləcək, lakin quldur planları hazırlayanlar onları həyata keçirmək istəməsələr yaxşıdır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.
 
O, bu gün Qroznıda təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 7-ci beynəlxalq görüşünün açılışında bildirib:
 
"Vəziyyətdən istifadə edib xatırlatmaq istəyirəm ki, Rusiya ilə zarafat etmək və oynamaq olmaz. Bu mənasızdır. Bizim ən təhlükəli şər ilə mübarizə təcrübəmiz var və istənilən təhdidə cavab verə bilərik".
 
Qeyd edək ki, Qroznıda keçirilən görüşə 60-dan çox dövlətin təhlükəsizlik şuralarının katibləri, nazirlər, prezident və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçiləri, xüsusi xidmət orqanlarının rəhbərləri gəliblər.
 
Azərbaycan nümayəndə heyətinə ölkəmizin Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev rəhbərlik edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.