Dünya

Hər gün milyonlar qazandırdığımız adam malikanəsinin qarşındakı evləri sökdürür

24 May 2016 17:03
1 Şərh     Baxış: 1 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook inc" Amerika korporasiyasının başçısı Mark Zukerberq iqamətgahının ətrafındakı evlərin sökülməsi üçün hakimiyyətdən icazə almağa çalışır.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə "Fox News" telekanalı deyib.

Milyarder Kaliforniya ştatındakı iqamətgahın ətrafında yerləşən dörd evin sökülməsində təkid edir. Telekanal qeyd edir ki, Zukerberq onun şəxsi həyatına müdaxilə təhlükəsi ilə narahatdır. Məlumata görə, həmin evlər iqamətgahın pəncərələrinin qabağını kəsir.
 
Zukerberq söküləcək evlərin yerində ümumi sahəsi 20 faiz daha az olan yaşayış obyektlərini tikməyi planlaşdırır.
 
2013-cü ildə "Facebook"un başçısı evinin ətrafında olan binaların alınmasına 30 milyon dollardan çox xərcləyib. O, mənzillərin pəncərələrinin birbaşa onun yataq otağına açıla biləcəyindən ehtiyat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.