Dünya

Yunanıstan miqrantları köçürür

24 May 2016 15:11
0 Şərh     Baxış: 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan Makedoniya ilə şimal sərhədində yerləşən müvəqqəti İdomeni düşərgəsindəki minlərlə miqrantı evakuasiya etməyə başlayıb.

Əməliyyat səhərə yaxın başlayıb və şahidlər bildirirlər ki, polis maşınları və avtobuslar insanları daha yaxşı təşkil olunmuş obyektlərə daşımaq üçün ərazidədir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, düşərgəyə xüsusi polis qüvvələri yeridilsə də, rəsmilər güc istifadə olunmayacağını deyiblər.
Düşərgə fevral ayında Makedoniyanın sərhədləri bağlamasından sonra yaranıb. Burada 8 mindən çox insan toplaşıb. Əsasən, Suriya, İraq və Əfqanıstan kimi münaqişə zonalarından olan miqrantlar çadırlarda çox ağır şəraitdə yatmağa məcbur olsalar da köçməkdən imtina ediblər.

Onlar Yunanıstan hakimiyyətinin təşkil etdiyi düşərgələrə köçürülməklə bağlı çağırışlara məhəl qoymayıblar. Miqrantlar bu addımı sərhəddən uzaqlaşmaq istəmədikləri üçün atdıqlarını deyirlər.

Polis çərşənbə axşamı səhər saatlarında jurnalistlərin düşərgəyə daxil olmasına mane olub.

Bazar ertəsi çıxış edən hökumət sözçüsü Giorgos Kyritsis Yunan televiziyasına bildirib ki, bütün miqrantlar köçürüləcək və bu əməliyyat üçün təxminən bir həftə tələb olunur.

"İdomeni kimi bir şey mövcud ola bilməz. Bu, yalnız qaçaqmalçıların maraqlarına xidmət edir", - o deyib.

Onun sözlərinə görə, miqrantların əksəriyyəti Yunanıstanın ikinci şəhəri olan Saloniki yaxınlığında yeni düşərgəyə köçürüləcək.

Həmçinin, bazar ertəsi polis sərhəddə dəmir yolunu ba bağlamış təxminən 2 min nəfəri köçürməyə başlayıb.

Dəmir yolu bir aydan artıqdır ki, miqrantlar tərəfindən bağlanıb. Bu da qatarları Bolqarıstan vasitəsilə daha da şərqə istiqamətlənməyə məcbur edir.

Makedoniyanın Yunanıstanla sərhəddən keçən miqrantlara görə keçidin bağlanması qərarından sonra Avstriya elan edib ki, o, öz sərhəd nəzarəti sərtləşdirir.

O vaxtdan bəri digər Balkan ölkələri öz sərhədlərini bağlayıb.

Bir milyondan artıq qeydiyyatsız yaşayan qaçqın və digər miqrantlar ötən ilin əvvəlindən etibarən Avropa İttifaqı ərazisinə daxil olub. Onlar Türkiyədən Yunanıstana qayıqla gəlir. Bu hal Aİ üzvü olan 28 dövlətdə böhran yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.