Dünya

Türkiyəyə uçan təyyarədə bomba həyəcanı

24 May 2016 13:06
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarkov-İstanbul reysi təyyarə göyərtəsində bomba olması xəbərdarlığı ilə təxirə salınıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, 128 sərnişin təxliyyə olunub və hazırda hüquq-mühafizə orqanları təyyarə və Xarkov hava limanında yoxlama aparırlar.

"Bu gün saat 03:30-da hava limanının administrasiyasına naməlum şəxs zəng edib və təyyarələrdən birində partlayıcı qurğu olduğunu deyib. Bu məlumata görə, Xarkov-İstanbul reysi təxirə salınıb", - deyə Xarkov vilayətinin milli polisinin məlumatında deyilir.

Polisin məlumatına görə, bütün sərnişinlər təxliyə olunub, mühafizə orqanları təyyarəni və baqajı yoxlayırlar, hadisə şahidlərini sorğu-sual edirlər.

Xarkovdan İstanbula sonuncu təyyarə bu gün saat 08:28-də havaya qalxıb.

Oxşar hadisə ötən gün Türkiyədə qeydə alınıb.  Türkiyə Hava Yollarına məxsus təyyarənin İstanbul-Kayseri reysində bomba həyəcanı yaşanıb.

Təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt ekipaj üzvlərindən biri ayaqyolunun qapısına yazılmış bomba sözünü görüb.

Bundan sonra sərnişinlər təyyarədən təxliyə ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.