Dünya

Terrorçular Fransada nümayəndəlik açdılar, rəsmilər təbrik etdilər

24 May 2016 11:49
0 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin Fransada nümayəndəliyi açılıb.

Milli.Az report-a istinadən bildirir ki, təmsilçiliyin açılışına Fransanın bəzi rəsmiləri də qatılıblar. Fransa polisi nümayəndəliyin açılmasına etiraz olaraq aksiyanın keçirilməsinə imkan verməyib.

Xəbərə görə, Türkiyəyə "terrorçuluğa qarşı mübarizədə sizinlə birlikdəyik" deyən Fransa terrorçu PKK qruplaşmasına yer verən 4-cü Avropa dövlətidir. Bundan əvvəl Almaniya, İsveç və Çexiya hökumətləri öz ölkələrinin ərazilərində terrorçu qruplaşmanın nümayəndəliyinin fəaliyyət göstərməsinə razılıq verib.

Qeyd edək ki, PKK-çıların Rusiyada da nümayəndəliyi rəsmi olaraq fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.