Dünya

Avtobus yük maşını ilə toqquşdu: xeyli sayda yaralı var

24 May 2016 09:28
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Miçoakan ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 40 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə bazar ertəsi yerli hakimiyyət orqanları məlumat veriblər.
Qəza Moreliya və Maravatio şəhərləri arasındakı yolda baş verib. İlkin məlumatlara görə, yük avtomobili qarşı zolağa çıxıb.

"Sin Embargo" portalı qeyd edir ki, avtobusun bir çox sərnişinləri avtobusun daxilində və oturacaqlar arasında sıxılmış vəziyyətdə qalıblar. Ölkənin Mülki Müdafiə Xidməti beş nəfərin ciddi yaralandığını məlumat verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.