Dünya

Təyyarə qəzaya uğrayıb, ölənlər var

24 May 2016 07:37
0 Şərh     Baxış: 3 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Havay ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Kauayi adasında qeydə alınıb.
 
Təyyarə Port-Allen aeroportundan havaya qalxandan bir qədər sonra yerə düşüb. Nəticədə təyyarənin göyərtəsində olan 4 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanada ölüb. Onların paraşütçü və təlimatçılar olduğu bildirilir.
 
Hadisə ilə əlaqədar ABŞ-ın nəqliyyatda təhlükəsizlik üzrə milli idarəsi araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.