Dünya

Sindzo Abe Putinə yeni yanaşma təklif edib

6 May 2016 22:04
0 Şərh     Baxış: 1 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soçidə Rusiya prezident Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe arasında görüş olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, üç saatdan artıq davam edən danışıqlarda mübahisəli Kuril adaları məsələsinə toxunulub.
 
Bildirilir ki, Yaponiya baş naziri Putinə Kuril adaları məsələsində yeni yanaşma təklif edib. Onun sözlərinə görə, Rusiya prezidenti məsələnin yeni yanaşma yolu ilə həllinə razılıq verib.
 
Bundan əlavə, Rusiya və Yaponiya müdafiə və xarici işlər nazirlərinin mütəmadi danışıqlarını nəzərdə tutan  "2+2" formatlı görüşlərin keçirilməsinin bərpasına dair razılığa gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.