Dünya

Rusiyada rəsmi şəxsləri qoruyacaq çamadan - FOTO

6 May 2016 20:48
3 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Birləşmiş Cihazqayırma Korporasiyasının mütəxəssisləri yüksək vəzifəli məmurları məxfi dinləmədən və terror təhdidindən qoruyan diplomat-cihaz icad ediblər. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Keysa (diplomat çamadan) quraşdırılmış ötürücü asan daşınılır və kənar insanların diqqətini cəlb etmir. Cihaz GSM şəbəkəsi daxil, bütün diapazonlarda rabitə xətlərini bloklayır. Çamadan qapalı xarakterli iclas salonlarında "örtük" yaradaraq məxfi dinləmələrdən qorumaq iqtidarındadır.

Bundan başqa, avadanlıq bir neçə 10 metrlik məsafədə radiosiqnal vasitəsilə işə salınan partlayıcı qurğuların qarşısınıı alır.

Korporasiya mütəxəssisləri hesab edirlər ki, yeni icad rəsmi şəxslərin təhlükəsiz hərəkətini təmin etmək və kütləvi yığıncaq olan yerləri terrror aktlarından qorumaq üçün istifadə edilə billər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.