Dünya

Suriyada qaçqın düşərgəsi bombalandı: 30 ölü, 80 yaralı

6 May 2016 14:08
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın İdlib vilayətinin Sarmada şəhəri yaxınlığındakı qaçqın düşərgəsinə hava zərbəsi endirilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, naməlum təyyarələrin endirdiyi zərbələr nəticəsində düşərgədə 30 nəfər ölüb, 80 nəfərdən çox insan isə yaralanıb.

BMT-nin yerli qərargahından faciəni təsdiqləyiblər, amma hələlik heç kəs düşərgəyə zərbə endirən təyyarələrin kimə məxsus olduğunu bilmir.

Məsələyə aydınlıq gətirən ABŞ hakimiyyəti həmin ərazidə NATO aviasiyasının uçmadığını və zərbənin onlar tərəfindən endirilmədiyini bildirib.

Beynəlxalq təşkilatlar bunu artıq hərbi cinayət adlandırırlar. Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.